ABŞ-ın “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Yaxın Şərq regionuna uçuş həyata keçirib.Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.“Son 8 gündə 3-cü dəfə “B-1B Lancers” Mərkəzi Komandanlığın məsuliyyət zonasında missiyasını yerinə yetirib”, – qeyd edilib.Oktyabrın ortalarında ABŞ Böyük Britaniyadakı “Fairford” aviabazasına dörd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi göndərib.O vaxtdan bəri onlar artıq Avropa, Afrika və Yaxın Şərq üzərində bir sıra uçuşlar həyata keçiriblər.Gununsesi.info