EN

Türkiyə XİN Pakistanda törədilən terror aktını pislədi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını pisləyib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

Bəyanatda hücumun şiddətlə pisləndiyi, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı verildiyi vurğulanıb.

“Türkiyə terrorla mübarizədə dost, qardaş Pakistan xalqı və hökuməti ilə tam həmrəydir”, - deyə qeyd olunub.

Chosen
106
18
publika.az

10Sources