EN

BMT bayrağı yarıya endirilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərargahında BMT bayrağı yarıya qədər endirilib və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hayatını itirən 101 əməkdaşının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

525.az xəbər verir ki, oktyabrın 7-dən bu yana İsrailin hücumlarında həlak olan UNRWA-nın 101 əməkdaşı BMT tərəfindən anılıb. ABŞ-nin Nyu-York şəhərindəki BMT Baş Qərargahında BMT bayrağı yarıya qədər endirilib və UNRWA əməkdaşları üçün bir dəqiqəlik sükutla yad edilib.

BMT-nin Baş katibi Antonio Quterreş bütün dünya üzrə BMT əməkdaşlarını səhər saat 9:30-da bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Chosen
1075
1
525.az

10Sources