Bakıda xanım müştəri ilə taksi sürücüsü arasında baş vermiş münaqişəyə məhkəmədə aydınlıq gətirilib.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 21-i paytaxtın Nərimanov rayonunda baş verib.
Polisə müraciət edən qadın sürücünün ona qarşı zorakılıq etdiyini, məcburi şəkildə maşından düşürdüyünü bildirib. Müraciətlə bağlı araşdırma aparılıb və taksi sürücüsü saxlanılıb.
Ətraflı
O, ifadəsində xanım sərnişinin avtomobildə aqressiv danışdığını, tələsdiyini deyərək sürət həddini keçməsini tələb etdiyini deyib: "Sifariş gəldikdən sonra xanımı ünvandan götürərək yola düşdüm. Sərnişin yolda mobil telefonda kiminləsə aqressiv danışırdı. Məndən kondisioneri yandırmağımı tələb etdi. Öz növbəmdə kondisioneri yandırdım. Daha sonra sürət həddini artırmağımı istədi. Amma onun tələbini yerinə yetirmədim. Bu dəfə daha sərt şəkildə danışmağa başladı. Xanımın aqressiyasını gördüyümdən avtobus dayanacağında maşını saxlayaraq düşməyini xahiş etdim. Müştəriyə qarşı qaydanın pozulmasına yönələn hər hansı hərəkətə yol verməmişəm".