EN

İsrail ordusu Qəzzada Əl-Şifa xəstəxanasını mühasirəyə alıb

Bakı. Trend:

İsrail hərbçiləri Qəzza zolağında Əl-Şifa xəstəxanasınımühasirəyə alıb.

Trend xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin tankları tibbmüəssisəsinin ərazisinə daxil olub.

İsrail Müdafiə Qüvvələri Qəzzada Əl-Şifa xəstəxanası ərazisindəhərbi əməliyyat keçirir. İsrail kəşfiyyatının məlumatına görə,HƏMAS-ın əsas komanda qərargahı bu xəstəxananın ərazisindəyerləşir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. ƏvvəlcəQəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, dahasonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxilolublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailinmüdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləviçağırışını elan edib.

Məqalədə:
Chosen
1310
3
az.trend.az

10Sources