İsrail hərbçiləri Qəzza zolağında "Əl-Şifa" xəstəxanasını mühasirəyə alıb.
Publika.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin tankları tibb müəssisəsinin ərazisinə daxil olub.
İsrail kəşfiyyatının məlumatına görə, HƏMAS-ın əsas komanda qərargahı bu xəstəxananın ərazisində yerləşir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.