Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilən təlim-məşq toplanışında ikinci yoldaşlıq görüşünü keçirib.
Apasport.az xəbər verir ki, yığma növbəti dəfə Belarusla üz-üzə gəlib.
Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb.
Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.
Tərəflər arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan Azərbaycan yığmasının hazırlığı ayın 31-dək davam edəcək.
"Dinamo"nun futbolçusu: "Bu oyun bizim üçün çətin keçəcək"
"Dinamo"nun baş məşqçisi: "Cavab matçına çox ciddi hazırlaşmışıq"
Qurban Qurbanov: "Əsl final kimi oyuna hazırlaşmışıq"
Bəhlul Mustafazadə: "Özümüzdə böyük güc hiss edirik"
Millimiz Belarusa uduzdu