Çimərlik futbolu üzrə millimizin Bakıda təşkil edilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
"Football-plus.az" xəbər verir ki, millimiz növbəti dəfə Belarus yığması ilə qarşılaşıb. Su İdmanı Sarayının çimərlik futbolu meydançasında keçirilən qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb. Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.
Komandalar arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının hazırlığı ayın 31-dək davam edəcək.