EN

"Kəpəz"in analitiki fiziki təzyiq göstərməyə cəhdə görə cəzalandı

AFFA İntizam Komitəsi "Kəpəz"in analitiki İlkin Verdiyevi cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, buna onun Misli premyer-liqasının 4-cü turunun “Səbail”lə səfər oyunu bitdikdən sonra KİV nümayəndəsinin çəkiliş aparmasına mane olması və ona fiziki təzyiq göstərməyə cəhd etməsi səbəb olub. İntizam Komitəsi İlkin Verdiyevi ikisi şərti olmaqla 5 oyun cəzalandırıb, “Kəpəz” isə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Qeyd edək ki, qarşılaşma "Səbail"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
78
5
football-plus.az

6Sources