UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüşdə ilk hissə başa çatıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada rəqib komanda fasiləyə 1:0 hesabı ilə üstün yollanıb.
Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.
21:23
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüşdə hesab açılıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın 33-cü dəqiqəsində qonaqların heyətində Marko Pyatso qola imza atıb.
Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.
20:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüş başlayıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:45-də start götürüb.
Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.
Komandalar arasında Zaqrebdə keçirilmiş ilk oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” “Dinamo” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının əsas – liqa mərhələsində davam etdirəcək.
Mənbə: AZƏRTAC