EN

Pavel Durov Parisdə məhkəmə qarşısına çıxarılıb

Telegram messencerinin təsisçisi Pavel Durov Parisdə məhkəmə qarşısına çıxarılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə avqustun 28-də "Le Figaro" qəzeti yazıb.

Durovun həbs müddəti başa çatıb. İndi məhkəmə işi öyrənməlidir və onun baxılmasının nəticələrinə əsasən ya ittihamın irəli sürülməsi, ya da iş adamının azadlığa buraxılması barədə qərar qəbul edəcək.

Reuters-in mənbəyə istinadən verdiyi məlumata görə, Durov polis idarəsində dindirilmə başa çatdıqdan sonra istintaq hakiminə göndərilib.

Xatırladaq ki, Pavel Durov şənbə günü, avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. İş adamının şəxsi təyyarəsinin Fransaya enməsinə bir saat qalmış onun həbsinə order verildiyi bildirilib. Eyni zamanda, Durov təyyarənin Parisə enməsinə bir neçə dəqiqə qalmış axtarışa verilib.

Ehtimal olunur ki, Durovun saxlanması onun ölkə hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlıdır. Paris prokurorluğu bu yaxınlarda onu 12 cinayətdə ittiham edib. Onların arasında fırıldaqçılıq, narkotik vasitələrin yayılması və uşaq pornoqrafiyası var. İş adamını 20 ilə qədər həbs gözləyir.

Makronun özü Durovun "davam edən məhkəmə istintaqı" çərçivəsində saxlanıldığını bildirib. Fransa lideri vurğulayıb: Bu, siyasi qərar deyil.

Əli Babayev

Chosen
152
18
sesqazeti.az

10Sources