EN

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində cavab oyununa çıxıb. Komanda Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə qonaq komanda 2:0 hesablı qələbə qazanıb. Zaqrebdəki ilk görüşdə də 3:0 hesablı qalibiyyət əldə edən “Dinamo” mərhələni adlayıb.
“Qarabağ” isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək. Həmin turnirin Liqa mərhələsinin püşkatma mərasimi avqustun 30-da keçiriləcək.
Chosen
261
affa.az

1Sources