EN

“Neftçi” qambiyalı hücumçunu transfer edib

Bakı. Trend:

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Trend-ə verilən məlumata görə, “ağ-qaralar” DemboDarbonu transfer edib. Qambiyalı hücumçu iki illik müqavilə iləBakı təmsilçisində 22 nömrəli formanı geyinəcək.

Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olanD.Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı”klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk“Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarusçempionatının və superkubokunun qalibi olub. O, Qambiya millikomandasında 5 oyun keçirib.

Chosen
95
32
az.trend.az

10Sources