EN

Keir Starmer: Britaniya Aİ ilə daha yaxın münasibət qurmaq istəyir

Keir Starmer: Britaniya Aİ ilə daha yaxın münasibət qurmaq istəyir

Böyük Britaniyanın Baş naziri Keir Starmer Almaniyaya səfəri çərçivəsində Kansler Olaf Şoltsla görüşüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, liderlər daha sonra birgə mətbuat konfransı keçiriblər. Keir Starmer Britaniyanın Avropa İttifaqı (Aİ) ilə münasibətləri yenidən qurmaq istədiyini deyib. Ancaq Baş nazir bildirib ki, bu “Brexit”in üstündən xətt çəkilməsi demək deyil.

Keir Starmer və Olaf Şolts yeni əməkdaşlıq razılaşması üzrə danışıqlara başlanıldığını bildirib. Baş nazir deyib ki, bu razılaşma ticarəti artırmaq, iş yerləri yaratmaq və hər iki ölkədə iqtisadi artımı təmin etmək məqsədi daşıyır. Hər iki lider, gələn ilin əvvəlində müdafiə, enerji təhlükəsizliyi, elm və texnologiya kimi sahələri əhatə edən bir müqavilə imzalamağı da ümid etdiklərini deyiblər. Səfər zamanı onlar həmçinin, kəşfiyyat və məlumat mübadiləsi yolu ilə qeyri-qanuni miqrasiya və qaçaqmalçılıqla mübarizə aparmaq üçün birgə fəaliyyət planı üzərində də razılığa gəliblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: AZƏRTAC

Chosen
36
50
ilk.az

10Sources