“Julien's” hərracı “Friends” (Dostlar) sitkomundan xatirə əşyaları satışa çıxaracaq.
Publika.az xəbər verir ki, hərrac 1994-cü il sentyabrın 22-dən yayımlanan serialın 30 illiyinə həsr olunub.
110 əşya, o cümlədən baş qəhrəmanların geyimləri, velosiped və mağaza lövhəsi də hərraca çıxarılır.
Hərracın ən bahalı əşyası 2 min dollardan 3 min dollara qədər olan məşhur narıncı divanın surəti olacaq.