EN

Konfrans Liqası: "Zirə" qapını bərk çırpdı

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

Sportnet.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.


Chosen
6
6
sportnet.az

10Sources