EN

2024-cü ildə Milli Məclisə  51 milyon ayrılacaq - Yeni avtomobillər alındı

Milli Məclisə yeni avtomobillər alınıb.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev deyib.

İşlər müdiri həmçinin bildirib ki, 2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub.

O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. 

Qafqaz Rafiqoğlu

Chosen
711
50
qaynarinfo.az

10Sources