EN

"Roma"da ayrılıq

style='margin-bottom:10px;'>

"Roma" futbolçusu Rik Karsdorpla yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

A seriyası təmsilçisi 29 yaşlı müdafiəçi ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyini açıqlayıb.

Qeyd edək ki, niderlandlı oyunçu 2017-ci ildən "Roma"da çıxış edirdi. O, komandanın tərkibində Konfrans Liqasının qalibi olub. Karsdorp ötən mövsüm 28 oyuna çıxıb, 3 qolun ötürməsini verib.

Chosen
247
29
teleqraf.com

10Sources