EN

Fransa millisinin sabiq üzvü Yunanıstanda

PAOK Tyemue Bakayokonu transfer edib.

Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi Fransa millisinin sabiq futbolçusu ilə 1+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi son mövsümü Fransanın II Liqa təmsilçisi "Loryen"də keçirib. O, 2016/2017 mövsümündə "Monako" klubu ilə Fransa çempionu, "Milan"la İtaliya çempionu (2021/2022), "Çelsi"nin heyətində isə (2017/2018) İngiltərə kubokunun qalibi olub.


Chosen
98
8
sportnet.az

8Sources