EN

Paris-2024: Paraüzgüçümüzdən gümüş medal

Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

Sportnet.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb. O, finişə 1 dəqiqə 67 saniyə ilə çataraq ikinci olub.

Qeyd edək ki, daha əvvəl paratekvondoçularımız İmaməddin Xəlilov (70 kiloqram) qızıl, Sabir Zeynalov (58 kiloqram) isə bürünc medal qazanıblar.


Chosen
60
5
sportnet.az

6Sources