EN

UEFA "Qarabağ"ın rəqibini 38 min avro cərimələdi

UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan "Malmö"nü cərimələyib. Sport24.az xəbər verir ki, buna İsveç təmsilçisinin evdə Çexiya təmsilçisi "Sparta"ya qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.
 
Azarkeşlər sözügedən oyunda pirotexniki vasitələrdən istifadə ediblər. "Malmö" buna görə 38 000 avro ziyana düşüb.
 
Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib – 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.
 
Qeyd edək ki, "Qarabağ" isveç klubu ilə oktyabrın 3-də bakıda qarşılaşacaq. 

Chosen
229
21
sport24.az

10Sources