EN

Türkmənistandan ölkəmizə toz dumanı daxil olub

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.

Xidmət rəsmisi qeyd edib ki, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir", - deyə Gülnarə Abbasova bildirib.

Chosen
77
49
bakivaxti.az

10Sources