Hindistanın Andhra Pradeş və Telanqana ştatlarında davam edən leysan yağışları nəticəsində 10 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə informasiyanı” NDTV” televiziyası yayıb.
Məlumata görə, Andhra Pradeş və Telanganada son 2 gündə yağan güclü yağışlar həyata mənfi təsir edib.
Andhra Pradeş ştatının Vicayavada rayonundakı Ambapuram, Nainavaram, Nunna və Pathapadu kəndləri tamamilə su altında qalıb.
Səlahiyyətlilər bu kəndlərdə yaşayan insanların xilas edilməsi və təhlükəsiz ərazilərə daşınması üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.
Andhra Pradeş daxili işlər naziri Vanqalapudi Anitha verdiyi açıqlamada bildirib ki, indiyə qədər leysan yağışlar səbəbindən 9 nəfər həyatını itirib: “Komandalarımız 600 nəfəri qapalı qaldıqları yerlərdən xilas edib"
Anitha qeyd edib ki, 5 rayonda 294 kənddən 13 min 227 nəfər təxliyə edilib.
Andhra Pradeş ştatının NTR bölgəsində daşqınlar səbəbindən qatarların hərəkəti dayandırılarkən, bir çox sərnişin müxtəlif stansiyalarda qapalı qalıb.