
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanın FIFA referiləri Kamal Umudlu və Fəridə Lütfəliyeva CORE Beynəlxalq Konsolidasiya Kursunda iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir sentyabrın 3-dən 6-dək baş tutacaq.