EN

Qubada beynəlxalq futbol turnirinin açılış mərasimi keçirilib - FOTO

Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə idman paytaxtı Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən "Ulduz Cup" beynəlxalq turnirinin açılış mərasimi baş tutub.

İdman.biz xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində reallaşan tədbir iştirakçı komandaların stadiona dəvət edilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov belə bir yarışın təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.

Bu il "İdmanın ürəyi Qubada döyünür" şüarı altında tədbirlərin keçirildiyini qeyd edən icra başçısı bölgədə ilk dəfə beynəlxalq futbol turnirinin təşkil olunduğunu qeyd edib.

Daha sonra o, iştirakçı komandalara uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov da "Ulduz Cup" beynəlxalq turnirinin ölkədə uşaq futbolunun inkişafına dəstək olacağını bildirib. O, "Ulduz" Futbol Akademiyasının gördüyü işlərdən söz açıb. Komandalara uğurlar arzulayan nazir yarışı açıq elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Aytac Sahəd
İdman.biz

Chosen
98
2
idman.biz

10Sources