Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu futbolçusu Aleks Telleslə yollarını ayırıb.
Klubun mətbuat xidməti xəbər verir ki, 31 yaşlı cinah müdafiəçisinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
"Əl-Nəsr"də portuqaliyalı futbolçu Kriştianu Ronaldu ilə birgə çıxış edən Telles daha əvvəl "Qalatasaray" (Türkiyə), "İnter" (İtaliya), "Portu" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə) və "Sevilya" (İspaniya) klublarının şərəfini qoruyub.
"Cebheinfo.az"