UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq.Komanda.az AFFA-ya istinadən xəbər verir ki, mətbuat önünə İsveç yığmasının çalışıdırıcısı Yon Dal Tomasson çıxacaq. Daha sonra isə Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.4 sentyabr İsveç milli komandası17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq18:15. Mətbuat konfransı Azərbaycan milli komandası18:45. Mətbuat konfransı19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq Qeyd: hər iki mətbuat konfransı və məşq Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.