Sevgilisi qadın idmançının üstünə benzin töküb, yandırdı
Uqandalı atlet Rebekka Çepteqey ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.BUTA.TV xəbər verir ki, sevgilisi qadın idmançının üstünə benzin tökərək yandırıb. Hadisə ötən gün R.Çepteqeyin evində şəxsi münaqişə zəminində baş verib. Dərhal xəstəxanaya çatdırılan atletin bədəninin 75 faizi yanıb. Hadisəni törədən şəxsin də ciddi yanıq xəsarətləri aldığı bildirilib.