EN

Elçin Məsiyev Avropa çempionatı oyununda

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, E.Məsiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina (U-21) – Avstriya (U-21) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Grbavica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Chosen
138
19
idmanxeber.az

10Sources