UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.Elchi.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.Hər iki tədbir qarşılaşmanın reallaşacağı arenada baş tutacaq.4 sentyabrİsveç milli komandası17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq18:15. Mətbuat konfransıAzərbaycan milli komandası18:45. Mətbuat konfransı19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşqQeyd edək ki, Azərbaycan – İsveç oyunu sentyabrın 5-də, saat 20:00-da başlayacaq.Havar Şəfiyeva