EN

“Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayır

“Neftçi”

Bakı, 4 sentyabr, AZƏRTAC

Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.

Gürcüstanın Tsxaltubo şəhərində yerləşən Tskaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Çempionlar yolunun II qrupunda baş tutacaq oyunun qalibi “Vlajniya” (Albaniya) - “Lançxuti” (Gürcüstan) cütünün güclüsü ilə finalda üz-üzə gələcək. Məğlub komandalar isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Həmin oyunlar sentyabrın 7-də keçiriləcək.

 

Chosen
171
1
azertag.az

6Sources