EN

ÇL: "Neftçi"nin qadınlardan ibarət komandası mübarizəyə başlayır

Bu gün "Neftçi"nin qadınlardan ibarət komandası Çempionlar Liqasında mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun komandası Gürcüstanın Tsxaltubo şəhərində keçiriləcək görüşdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq. Tskaltubo Texniki Mərkəzin stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Çempionlar yolunun 2-ci qrupundakı bu matçın qalibi “Vlajniya” (Albaniya) - “Lançxuti” (Gürcüstan) cütünün qalibi ilə finalda üz-üzə gələcək. Cütlərin məğlubları isə üçüncü yer uğrunda oyunda qarşılaşacaqlar. Həmin oyunlar sentyabrın 7-də keçiriləcək.

4 sentyabr
Sankt-Pölten (Avstriya) – Neftçi (Azərbaycan)
Baş hakim: Jelena Kumer (Xorvatiya)
Tskaltubo Texniki Mərkəzi. Saat 18.00.

Chosen
214
2
football-plus.az

6Sources