10 illik həbsdən bəraət almış şirkət rəhbəri Füzuli Adıgözəlov yenidən həbs edilib. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.
Â
"Güllübulaq" MMC-nin rəhbəri olan Adıgözəlovun həbsini prokuror tələb edib. İttiham tərəfi bildirib ki, müttəhim külli miqdarda mənimsəmə, vergidən yayınmaqda təqsirli hesab edilməlidir.
Â
Füzuli Adıgözəlova bəraəti də elə Bakı Apellyasiya Məhkəməsi vermişdi.
Â
Bu dəfə isə Cavid Hüseynin sədrlik etdiyi məhkəmə tərkibi fərqli qərar qəbul edib. F.Adıgözəlov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. O, bəraət aldıqdan 23 ay sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Â
Beləliklə, F.Adıgözəlovun çəkilməmiş 2 il 4 ay 27 gün cəzası qalıb.
Â
Qeyd edək ki, "Güllübulağ"ın rəhbəri ilk dəfə 2020-ci ildə həbs edilib. 3 il sonra bəraət alaraq azadlığa buraxılıb. Ali Məhkəmə sahibkar buraxıldıqdan bir müddət sonra bəraət qərarını ləğv edib, işi təkrar apellyasiya baxışına qaytarıb.
Â
İttihama görə, Adıgözəlovun şirkəti 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib. "Güllübulağ"a məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib. O, həmçinin 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub.