EN

I liqa təmsilçisi yeni forvard alıb

2024-2025-ci illər mövsümünün startı ərəfəsində transfer çalışmalarını davam etdirən "Qəbələ" daha bir futbolçu ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar" Ruslan Voronsovun keçidini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Ruslan bunadək "Simurq", "Ağsu", "Şəmkir", "Zaqatala", "Mingəçevir" "Qaradağ Lökbatan", MOİK, "Karvan", "Cəbrayıl", Şimali Kiprdə "Larnaka Gənclərbirliyi" klublarında forma geyinib.

Chosen
43
7
sport24.az

10Sources