EN

Millimizin və rəqibinin mətbuat konfransları və açıq məşqlərinin vaxtı

Millətlər Liqasının qrup mərhələsində Koşitse şəhərindəki Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, media nümayəndələri önünə əvvəlcə yığmamızın baş məşqçisi Fernando Santuş çıxacaq.

7 sentyabr
Slovakiya milli komandası

16.15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Slaviya Texniki Universitetinin meydanı)
19.00. Mətbuat konfransı (Koşitse Futbol Arenası)

Azərbaycan milli komandası
17.15. Mətbuat konfransı (Koşitse Futbol Arenası)
18.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Koşitse Futbol Arenası)

Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Chosen
199
6
football-plus.az

9Sources