EN

FİBA Avropa Kuboku: "Sabah" uduzdu

“Sabah” basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz 5-ci matçında Türkiyə klubu “Baxçaşəhər”in qonağı olub.

İstanbuldakı Ülkər İdman Zalında təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 99:80.

Qeyd edək ki, “Sabah” qrupda keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1-də qələbə qazanıb. Ölkə çempionu “Baxçaşəhər”lə Bakıda keçirdiyi matçda rəqibinə 65:83 hesabı ilə uduzub. “Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.

Chosen
698
8
football-plus.az

10Sources