Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0. 22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.  *** 20:23 Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxır. Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gəlir. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.