EN

Namaz qılmaq üçün məscidə getdi – Yoxa çıxdı – FOTO

Siyəzən rayonunda gənc oğlan itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Siyəzən şəhər S.Xeyrullayev küçəsində yaşayan S.Məlikova oğlunun itkin düşməsi barədə polisə müraciət edib.

Siyəzən RPŞ-yə ərizə ilə müraciət edən qadın bildirib ki, 23 yaşlı oğlu M.Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib.

Müraciətlə bağlı araşdırma aparılır.

Chosen
10
8
medianews.az

8Sources