EN

"Formula 1" Azərbaycan Qran-Prisində “Yaşıl Post” yenidən quraşdırılıb (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Halqası (BŞH) ətraf mühitin qorunmasına dair davamlıöhdəliyinə uyğun olaraq, "Fomula 1" Azərbaycan Qran-Prisi trekinin19-cu döngəsində “Yaşıl Post”un yenidən quraşdırılmasına qərarverib.

BŞH-nin mətbuat xidmətinin Trend-ə verilən məlumata görə, əsası keçən il qoyulmuşbu yenilikçi layihənin məqsədi avtomobil idmanının böyükpopulyarlığı vasitəsilə ətraf mühitin qorunması haqqında qlobalməlumatlılığı artırmaqdır.

"Yaşıl Post" motor idmanı üçün daha yaşıl, ekoloji cəhətdən dahatəmiz bir gələcəyin təmin olunması ilə bağlı öhdəliyimizin rəmzikimi çıxış edir. Bu postdakı marşallar tamamilə təkrar emal edilmişmateriallardan hazırlanmış xüsusi dizaynlı yaşıl rəngli marşalgeyimləri ilə təmin olunublar. Bundan əlavə, postda istifadə olunanbütün avadanlıqlar ciddi ekoloji standartlara uyğundur, plastikdənistifadəni minimuma endirir və ekoloji cəhətdən təmizalternativlərə üstünlük verir.

Bu təşəbbüs vasitəsilə BŞH motor idmanının ekoloji məsuliyyətintəşviqində oynadığı mühüm rolu nümayiş etdirir və Formula 1-inƏtraf Mühit, Sosial və İdarəetmə (ESG) fəaliyyəti çərçivəsindəuğurlu layihə ilə çıxış edir.

Qeyd edək ki, 2019-cu ildən etibarən F1 2030-cu ilədək Net SıfırKarbon məqsədinə çatmaq, yarışlarının keçirildiyi hər bir şəhərdəyenilik yaratmaq və idmanı inklüziv etmək məqsədilə dayanıqlılıqstrategiyasını həyata keçirir.

Bakı Şəhər Halqası avtoidman dünyasını, rəsmiləri və azarkeşləribu təşəbbüsə qoşulmağa dəvət edir.

Chosen
39
13
az.trend.az

10Sources