Filippinin Burias adasında 6,7 bal gücündə zəlzələ baş verib.Gununsesi.info xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Filippin adasında yerli vaxtla saat 08.14-də güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Burias adasından 26 kilometr cənub-qərbdə yerləşib. Mənbə 78 km dərinlikdə yerləşib.Tələfat və dağıntılar barədə məlumat yoxdur.Filippin “Od halqası” adlanan ərazidə yerləşdiyi üçün dünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biridir.Gununsesi.info