EN

“Kəpəz” “Şamaxı”ya qarşı – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Kəpəz” “Şamaxı”nı qəbul edəcək. Gəncə təmsilçisi bu oyunda uğursuz gedişata son qoymağa çalışacaq.

Turun mərkəzi oyunu da ilk oyun gününə təsadüf edəcək. Belə ki, son çempion “Qarabağ” doğma meydanda əvəzli rəqibi “Neftçi” ilə üz-üzə gələcək.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu sabah keçiriləcək. Sonuncu oyun günündə (22 sentyabr) isə “Səbail” “Sabah”ı, “Sumqayıt” “Zirə”ni qəbul edəcək.

Misli Premyer Liqası
7-ci tur

20 sentyabr

“Kəpəz” – “Şamaxı” 0:0 (1-ci hissə)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 17:00.
 
Kəpəz: 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 78. Yeqor Kvalko (k), 19. Lassana Ndiaye, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Dioqo Verdaska, 28. Redon Mihana, 10. Karim Lkouça
Baş məşqçi: Azər Bağırov

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov

Chosen
50
36
futbolinfo.az

10Sources