EN

Türkiyə Superliqası: "Fənərbağça" doğma meydanda "Qalatasaray"a uduzub

Türkiyə

Bakı, 21 sentyabr, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında VI turun mərkəzi oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, prinsipial görüşdə “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Cimbom"un heyətində qolları 21-ci dəqiqədə Lukas Torreira, 28-ci dəqiqə Dries Mertens, 59-cu dəqiqədə Qabriel Sara vurublar. "Sarı-lacivərdlər"də isə Edin Dzeko 63-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra “Qalatasaray” xalını 18-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. “Fənərbağça” isə 13 xalla ikinci pillədə qalıb.

 

Chosen
42
4
azertag.az

5Sources