İspaniyanın "Real" (Madrid) klubu 73 ildən sonra maraqlı statistik göstəriciyə imza atıb.
"Kral klubu"nun heyətində Kilian Mbappe ötən gün La Liqanın VI turunda keçirilən "Espanyol"la matçda (4:1) penalti zərbəsini dəqiq yerinə yetirib.
Bununla da paytaxt təmsilçisi ilk altı turda 5-ci dəfə onbirmetrlik cərimə zərbəsindən fərqlənib.
Madridlilərin tarixində sonuncu dəfə belə hadisə 1951-ci ildə baş vermişdi.