EN

Mövsümdə ilk, “Neftçi”dən 25-ci

Misli Premyer Liqasının 2024/25 mövsümündə ilk avtoqol qeydə alınıb.

Apasport.az xəbər verir ki, bu, VII turun “Qarabağ” – “Neftçi” matçında (4:0) yaşanıb.

Qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.

“Neftçi” futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapısına vurublar. Bu, yarışın tarixində antirekorddur. “Qarabağ” isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.

Qeyd edək ki, “Neftçi”nin avtoqollarından 8-i “Qarabağ”la görüşlərə təsadüf edib.

Elçin Məmmədov "Fənərbaxça"nın avrokubok matçına təyinat alıb

"Qarabağ" UEFA tərəfindən külli miqdarda cərimələndi

UEFA "Zirə"yə xəbərdarlıq edib

Aydın Bayramov: “Burda hər komanda istədiyi kimi oyun sərgiləyə bilmir”

Ağstafada futbol festivalı keçirilib - FOTO

Chosen
52
5
apasport.az

10Sources