EN

“Makronla evlənmək üçün 10 il gözlədim”

Makronun onun yaşında birinə aşiq olacağını düşünürdüm, evlənmək üçün 10 il gözlədim”.

Publika.az xəbər verir ki, bu fikirləri Fransanın birinci xanımı Bricit Makron "Paris Match" jurnalına verdiyi müsahibəsi zamanı bildirib.

O, kiçik yaşlarında olan üç övladını düşündüyü üçün Makronla evlənməyi 10 il təxirə saldığını söyləyib.

Jurnal bildirib ki, Emmanuel Makron Fransanın şimalındakı Amiens şəhərindəki katolik məktəbi olan “La Providence”dəki teatr müəlliminə aşiq olanda cəmi 15 yaşında idi. Həmin vaxt evli olan Bricit Ouzyer Makrondan 25 yaş böyük, qızı Lorens isə Makronun sinif yoldaşı olub.

Qeyd edilir ki, həmin vaxt Makronun ailəsi Bricitə övladlarından uzaq durmağı tapşırır və Makronu Parisdəki internat məktəbinə göndərib.

Chosen
254
7
publika.az

8Sources