“Naxçıvan” klubu daha bir basketbolçu ilə müqavilə bağlayıb.Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın U-16 və U-18 millilərində çıxış edən Papuna Kirtadze ilə razılıq əldə olunub.184 sm boya malik 23 yaşlı basketbolçu son olaraq Gürcüstan A liqasında mübarizə aparan Kutaisi Akaki Tsereteli Dövlət Universitetinin komandasında çıxış edib.Naxçıvan klubu bundan öncə Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins və Ahmet Karaçelik ilə müqavilə imzalayıb.