EN

Kamal Umudlu "Ştutqart"ın oyununu idarə edəcək

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, II turda keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq.

Referiyə Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.

Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Chosen
73
8
fanat.az

4Sources