EN

"İsrail dayanmasa, Qəzzada apokaliptik fəlakət baş verəcək..."

BMT-nin Ali komissarı və Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır
 
"Bölgədə aclıq və infeksion xəstəliklərin böyük miqyasda baş qaldırması qaçılmazdır..."
 
"Fələstin əhalisi HƏMAS-ın cinayətlərinə görə bədəl ödəməməlidir..."
 
İsrail Müdafiə Ordusunun əməliyyatının Qəzza bölgəsinin səhiyyə sisteminə vurduğu zərər ucbatından aclıq və infeksion xəstəliklərin böyük miqyasda baş qaldırması qaçılmazdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Jenevrədə qeyri-formal brifinqdə BMT-nin insan haqları üzrə Ali komissarı Folkler Türk bəyan edib.
 
O, İsrailin bölgədə hərəkətlərini "bu yüzillikdə nadir hallarda müşahidə edilən" adlandırıb və vurğulayıb ki, "beynəlxalq humanitar hüquq həmişə insan həyatının xilas edilməsi üzrə öz işini davam etdirmək üçün tibbi bölmələrin xüsusi mühafizəsini tələb edir".
 
Türk həmçinin vurğulayıb ki, bölgədə yanacaq ehtiyatlarının tükənməsi bütün Qəzzaya fəlakətli təsir göstərəcək və kanalizasiya sistemlərinin dağılmasına, su təchizatı və humanitar yardım tədarükünün dayandırılmasına gətirib çıxaracaq".
 
"Zənnimcə, bu, partlayış təhlükəli vəziyyət yaradır və mən aydınlıq gətirmək istəyirəm. Biz erkən xəbərdarlıq səviyyəsi çərçivəsindən xeyli kənara çıxmışıq", - Ali komissar deyib.
 
Bu ərəfədə Fransa XİN bəyan edib ki, "Fələstin əhalisi HƏMAS-ın cinayətlərinə görə bədəl ödəməməlidir" və İsrail hakimiyyətinə "tibbi infrastrukturu hərbi əməliyyatlardan qoruyan beynəlxalq humanitar hüquq normalarına" tabe olmağın zəruriliyini xatırladıb.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreisus da bu səpkidə çıxış edib.
 
ÜST Qəzza bölgəsinin cənubunda sakinlərin kütləvi toplaşdığı yerlərdə  səhiyyənin və sanitariyanın vəziyyətindən narahatlığını ifadə edib. 
 
ÜST-nin məlumatına görə, müharibə başlanandan Qəzza bölgəsində tənəffüs yollarını zədələyən virusa 70 min yoluxma, 44 mindən artıq diareya halları qeydə alınıb.
 
ÜST qış mövsümündə səhiyyədə vəziyyətin pisləşəcəyindən həyəcan keçirir.
 
Bundan öncə BMT-nin Fələstin qaçqınlarının işləri üzrə Agentliyi xəbərdarlıq edib ki, Qəzza bölgəsində yanacaq qıtlığı və kanalizasiya nasoslarının dayanması səbəbindən kanalizasiya Misirlə sərhəddə yerləşən ən cənub şəhəri olan Rafiah şəhərinin küçələrinə axmağa başlayıb.
 
Agentlik əlavə edib ki, yanacaq qıtlığı səbəbindən iki sutəmizləyici qurğu işini dayandırıb. Bu, içməli su qıtlığına, o da öz növbəsində bölgənin şimal hissəsindən cənub hissəsinə qaçan və UNRWA məktəbində yerləşdirilən Qəzza sakinləri arasında diareya hallarının 40 faiz artmasına gətirib çıxarıb.
 
Bundan öncə ÜST İsrail Müdafiə Ordusunun "Şəfa" xəstəxanasında HƏMAS-ın terror infrastrukturuna qarşı əməliyyatını pisləyib, bunu qəbuledilməz adlandırıb.
Chosen
942
50
moderator.az

10Sources