EN

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

Ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərənin “Tottenhem” klubuna 0:3 hesabı ilə məğlub olan “Qarabağ” ölkənin əmsalına töhfə verə bilməyib.

Hazırda 27-cı pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.

26-cı olan Rumıniya da Azərbaycanla eyni əmsala malikdir. 28-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısının ilk pilləsində İngiltərə (90.589) qərarlaşıb.

Chosen
81
9
moderator.az

10Sources