EN

Bu gün Misli Premyer Liqasında VIII tura start veriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII tura start veriləcək.

Oxu24.com xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Açılış matçında “Araz-Naxçıvan” Sumqayıtdakı “Kapital Bank Arena”da “Səbail”i qəbul edəcək. 19:00-da başlayacaq oyunu Rauf Allahverdiyev idarə edəcək.

Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 13 xalla 4-cü, Bakı klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 28-29-da oynanılacaq.

Chosen
42
9
oxu24.com

9Sources